Muəllif:

5 ildir Şevçenkonun mülk davası həllini tapmır

Hadisə Bakinin ortasında baş verib. Vətəndaşın mülkü zəbt edilib, məhkəmələr isə 5 ildən bəridir bunu görmür.
Paytaxt sakini Konstantin Arkadyeviç Şevçenko 14 sot (Xocalı prospekti 36) torpaq sahəsinin dələduzluq yolu ilə əlindən alınması ilə bağlı bir daha hüquq-mühafizə orqanlarına müraciət eidb. Bu mülk 2008-ci ilin aprelində zəbt edilib.

K.Şevçenko bu cinayətdə “Dom Naş Prestij” MTK direktoru Hikmət Yiğitdölü, “Vaqif oğulları” MTK-nın direktoru Asif Pirvəliyevi, şirkətin mühasibi Şirməmməd Baxşəliyevi, Bakı şəhər 19 saylı notariat kontorunun notariusunu və “Bank Standart”ın Əcəmi filialının rəhbərliyini ittiham edir. Yuxarıda adları çəkilənlər K.Şevçenkoya 300 000 (üç yüz min ) manat həcmində kompensasiya ödəyəckələrini vəd etsələr də, vədlərinə əməl etməyiblər (Turan).

Amma H.Yiğitdöl və A.Pirvəliyev K.Şevçenkonun azərbaycan dilini çətin başa düşməsindən, hüquqi məsələdə səriştəsizliyindən istifadə edərək, evini dələduzluq yolu ilə keçiriblər. Bu məqsədlə dövlət reyestr xidmətindən müəyyən sənədlər toplamaq üçün K.Şevçenkonun adından Kamil Bağırbəyova etibarnamə verilib. Bu etibarnamə ilə K.Şevçenkoya verilməli olan pullar mənimsənilib, təzyiq yolu ilə 19 saylı notariat idarəsində alqı-satqı müqaviləsinə imza atdırılıb.

Evin dələduzluq yolu ilə ələ keçirilməsi haqda 2008-ci ilin iyununda imzalanmış alqı-satqı müqaviləsinin saxta olması ilə bağlı 2008-ci ildən bu yana məhkəmə prosesləri keçirilsə də, ədalət bərpa olunmayıb. Məhkəmə instansiyaları K.Şevçenkonun evinin dələduzluq yolu ilə ələ keçirilməsi faktını təsdiqləsələr də, saxta müqavilənin etibarsız sayılması haqda qərar qəbul etmirlər.

Xətai rayon məhkəməsi 2011-ci ilin yanvarında K.Şevçenkonun Ş.Baxşəliyev, A.Pirvəliyev və Hikmət Yiğitdöl və s. ilə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi Xətai məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlayıb. Ali Məhkəmə saxta müqavilə üzrə obyektiv araşdırma aparılmasının vacibliyini qeyd edərək, işi Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası Ali Məhkəmənin göndərdiyi tələbləri nəzərə almadan qərar qəbul edib.

K.Şevçenkonun vəkilləri Apellyasiya Məhkəməsinin 2012-ci il noyabr qətnaməsindən kassasiya şikayəti verib və iş hazırda Ali Məhkəmənin Mülki Kollegiyasının icraatındadır. Mülkün dələduzluq yolu ilə ələ keçirilməsi haqda Xətai rayon prokurorluğunda cinayət işi başlasa da, bu işdə Ş.Baxşəliyev, A.Pirvəliyev, H.Yiğitdölün cinayəti sübut edilsə də, onlar məsuliyyətdən kənarda qalıblar. Adları çəkilən bu şəxslərdən şikayət verdiyinə görə K.Şevçenkonun həmin şəxslər tərəfindən döyülərək, işgəncələrə məruz qaldığı qeyd olunur. Hətta bu şəxslərin K.Şevçenkonu xuliqanlıq adı ilə həbsə atdırdılqarı da müraciətdə əksini tapır. İşin ədalətsiz araşdırılması, ədalətsiz məhkəmə qərarları haqda bütün instansiyalara müraciət olunsa da, real kömək göstərilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181