Muəllif: Redaksiya
4 gün öncə avtobus yanğınında xəsarət alan iki nəfər xəstəxanada ölüb
Bakıda avtobusda baş verən yanğında xəsarət alan iki nəfər xəstəxanada ölüb.
DİN saytına istinadən, avqustun 23-də “Mercedes” markalı avtomaşının yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov avqustun 26-da orada ölüblər.
Bu hadisə Sabunçu rayon İH binasının yaxınlığında baş vermişdi. Mercedes markalı, RJB 777
Gürcüstan nömrəli avtobus elektrik naqillərində yaranan problem nəticəsində yanmışdır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 139

