Muəllif:

“Topal Teymur” tamaşaya hazırlanır

Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” pyesi 1926-cı ildən bəri ilk dəfə tamaşaya hazırlanır. Quruluşçu rejissor Mehriban Ələkbərzadə mətbuata bildirib ki, premyera oktyabrda – Hüseyn Cavidin 131 illiyində olacaq: “Əsər sonuncu dəfə 1926-cı ildə səhnəyə qoyulub. Sovet dövründə Turan ideyasına görə əsərin səhnə taleyinə qadağa qoyulmuşdu. Bu tamaşanı hazırlamaq mənim üçün hədsiz məsuliyyətli işdir. Bu səhnə əsəri vasitəsilə özümü, arzularımı ifadə edəcəyəm. “Teymur” mənim üçün sıradan bir tamaşa demək deyil”.

Ələkbərzadə bildirir ki, rejissor kimi əsərin bəzi hissələrinə özünəməxsus yozum verib, fərqli baxış bucağı göstərməyə çalışacaq: “Düzdür, əsərə toxunmamışam, amma bəzi motivlər var ki, onlardan mütləq istifadə edəcəyəm”.

Səhnə əsərində əsas rollarda Abbas Qəhrəmanov (Teymur) və Hikmət Rəhimov (Yıldırım Bayazid) çıxış edəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158