Muəllif:

31 mart Nyu-Cersidə “Azərbaycan Anım Günü” elan olundu

Nyu-Cersi Ştat Assambleyası 31 mart — Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə ilə 31 mart ştat ərazisində “Azərbaycan Anım Günü” elan edilir.

Türkiyə mediasına istinadən, sözügedən qətnamə Birləşmiş Ştatlarda türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının təmsilçisi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.

Qətnamədə 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.

Bu ərəfədə — ötən il Nyu-York Senatı da bınzər qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart — Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163