Muəllif:

Bu tədbirlər öz yerində, Qarabağı işğaldan qurtarmaq da lazımdır

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımını anma törəni Xocalı Abidəsini ziyarətlə başlamışdır. Ziyarətdən sonra Məktəbdə təşkil olunmuş mərasimdə çıxış edən
rektor Elmar Qasımov vurğulamışdır ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. E.Qasımov bu sıradan Quba, Bakı, Şamaxı və bu kimi bir çox soyqırımlarş xatırlatmışdır. Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən rektor E. Qasımov qeyd etmişdir ki, 1992-ci ilin fevralın 25-dən 26 –na keçən gecə Ermənistan silahlı qüvvələri və quldur birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etmiş, şəhər yandırılmışdır. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

E.Qasımov vurğulamışdır ki, bu soyqırımı həyata keçirən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitası olmuşdur və ya bu vandalizmi həyata keçirən və törətdikləri vəhşilikləri yüksək fəxrlə qələmə alan və dünya ictimaiyyətinə çatdıran Z.Balayan kimi vandallar Ermənistan dövləti tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir. O bildirmişdir ki, çox təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə bu günə kimi yetərli qiymətini verməmişdir, lakin mən inanıram ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərfindən tanılacaq və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklər.

Tədbirdə çıxış edən deputat Bəxtiyar Sadıqov bildirmişdir ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir. O qeyd etmişdir ki, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini Soyqırım kimi tanımış və pisləmişdirlər.

Deputat tələbələrə bildirmişdir ki, bugün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top-tüfəng deyil informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağıraraq bildirdi ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir.
Əlavə edək ki, bu kimi mərasimlər öz yerində, lakin taleyüklü məsələ erməni işğalı altındakı torpaqları, o cümlədən Xocalını düşmən tapdağından qurtarmaqdır. Və bunun vaxtıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 225