Muəllif:

“300 spartalı” vidoçarxına görə cavab verəcək

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun fotoreportyoru Mehman Hüseynov səhər saatlarında öz təşkilatının yaxınlığında saxlanılıb və naməlum şəxslər onu Toyota Prado avtomobilində aparıblar. “Onu naməlum adam söhbətə dəvət edib. Mehman danışmaq üçün həyətə çıxıb. Ona ikinci adam yaxınlaşıb. Mehmanı maşına əyləşdirib aparıblar. Həmkarları yalnız maşının nömrəsini görə biliblər “060””, — RATİ-nin əməkdaşı Turan-a bildirib.
Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, Mehmanı Baş Prokurorluğun binasına aparıblar. Bunun hansı məqsədlə edildiyi hələlik məlum deyil. Sentyabrda Mehman MTN Səbayel şöbəsinə dəvət olunub. RATİ-dən bildirilib. 2012-ci ilin iyununda ona qarşı xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İttiham indiyədək aradan qaldırılmayıb.
Mayda M.Hüseynov NİDA hərəkatı fəallarının işi üzrə şahid qismində keçib, həmçinin “Harlem Shake” aksiyasının videoçəkilişi ilə bağlı suallara cavab verib.
“Mən hər gün həbs olunacağımı gözləyirəm, hətta mənə rəsmi xəbərdarlıq da ediblər”, — o zaman M.Hüseynov Turan-a bildirmişdi.
İstintaq altında olan şəxs kimi M.Hüseynov bu ilin yanvarında AŞPA-nın hüquqi məsələlər və İnsan Hüquqları Komitəsinin iclasında siyasi məhbuslar siyahısına daxil edilib. İclasda Azərbaycanda siyasi məhbuslarla bağlı Ştrasserin məruzəsinə düzəlişlər müzakirə olunub və qəbul edilib.
Bu ilin iyununda M.Hüseynov və RATİ-nin digər əməkdaşı Rasim Əliyev peşə fəaliyyəti zamanı polisin fiziki təzyiqlərinə məruz qalıblar. Nəticədə polislər cəzalandırılıb.
Bu il M.Hüseynov Gerd Butserius adına “Şərqi Avropada azad mətbuat” mükafatına layiq görülüb. O bu mükafata 2012-ci ildə Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulması problemlərinin araşdırılmasına görə layiq görülüb. Lakin hakimiyyət onu mükafatın təqdim olunma mərasimində iştirak etmək üçün ölkədən buraxmayıb.

Vəkil Elçin Sadıqovun order və vəkalətnaməsinin olmasına baxmayaraq, fotoreportyor Mehman Hüseynovun dindirildiyi yerə — Baş Prokurorluğa buraxılmır. Vəkilin sözlərinə görə, M.Hüseynov prezident seçkilərinə həsr olunmuş “300 spartalı” satirik videoçarx ilə əlaqədar saxlanılıb.
Videoçarxın mahiyyəti ondan ibarətdir ki, filmin qəhrəmanları prezidentliyə namizədlərin teledebatlar zamanı işlətdikləri frazalarla danışırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 237