Muəllif:

“28 May” stansiyasının girişi bağlanır

Metronun «28 May» stansiyasının əsas girişində aparılan yenidənqurulma və modernləşdirmə işləri ilə bağlı stansiyanın girişi yanvarın 21-dən bağlanır. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metrolitenindən məlumat verilib.
Metropolitendən deyildiyi kimi, stansiyada görülən işlər dövründə sərnişinlər stansiyanın ikinci girişindən, eləcə də «Cəfər Cabbarlı» stansiyasına keçiddən istifadə edə biləcəklər.
«Hələlik yalnız stansiyanın əsas girişi bağlanacaq, çıxış isə fəaliyyət göstərəcək və sərnişinlər ondan istifadə edə biləcəklər», — Bakı Metrolitenindən bildirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262