Muəllif:

2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcısı ölkələrindən biri olacağıq

Azərbaycan 2050-ci ilə qədər dünyanın ən önəmli enerji daşıyıcıları ölkələrindən biri olaraq qalacaq. 2030-cu ilə qədər isə dünyada neftin qiyməti 2 dəfə qalxacaq.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Xəzər neft və qaz həftəsi – 2013” konfransında Azərbaycan MEA müxbir üzvü, professor Elmira Ramazanova bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın əsas problemi neft və qazla çirklənən ərazilərin təmizlənməsidir: “Bu gün İnstitutumuz bununla bağlı bir çox araşdırmalar aparıb, bununla bağlı müxtəlif patentlər əldə edib. Neft sənayesində nano-texnologiyalardan istifadə edilməlidir. Azərbaycanın iqlimi nano-texnologiyaların istifadəsi üçün olduqca əlverişlidir”.

Ramazanova deyib ki, bununla bağlı bir sıra ixtiralar əldə ediblər: “ABŞ patent institutu bu nano-hissəciklərin və nano-menbranların əldə olunmasına dair patent verib”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143