Muəllif:

2050-ci ilə Ermənistan əhalisinin sayı 2 milyondan çox olmayacaq

Ermənistan əhalisinin rəsmi sayı ətrafında proqnozlar səsləndirilib. Deyilib ki,
2050-ci ilə Ermənistanda yaşayan əhalinin sayı 2 milyon nəfərdən çox olmayacaq. Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor Gevorq Poqosyan
BMT proqnozlarına əsasən qeyd edib ki, 2015-ci ilə Ermənistanda indiki 3 milyon 200 min nəfər əvəzinə təqribən 3 milyon insan yaşayacaq.
Poqosyan bu mənfi tendensiyanı ölkədə doğum səviyyəsinin azalması və güclü miqrasiya axını ilə əlaqələndirib.
Onun sözlərinə görə, Ermənistanda hər il təqribən 35 min uşaq doğulur və bir o qədər də insan ölkəni tərk edir. Ekspert ölkə əhalisinin qocaldığını da əlavə edərək deyib ki, əhalinin 14,6 faizi yaşı 60-dan yuxarı olanlardır.

3,2 milyon rəsmi, yəni kağız üstündə olan rəqəmdir. Bəzi erməni ekspertlərinə görə, ölkədə real olaraq 1,7-2,2 milyon arasında əhali yaşayır. Demoqrafik rəqəmlər Ermənistanda məxfi informasiyalar kateqoruyasına aid edilmişdir. Vəziyyətin dramatik olduğunu anlayırlar. Bu yaxınlarda bizim XİN başçısınını müavini Araz Əzimov Ermənistanda 1,2 milyon əhali yaşadığını söyləmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165