Muəllif:

2014-cü il üzrə büdcə paketi Milli Məclisin müzakirəsinə tövsiyə olunub

Bu güni Milli Məclisin 5 komitəsi (İqtisadi, Sosial, Aqrar siyasət, Təhlükəsizlik məsələləri, Təbii resurslar, enerji və ekologiya komitələri) tərəfindən ölkənin 2014-cü il üzrə dövlət büdcəsi layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib. Bundan başqa, Milli Məclis 2014-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi, yaşayış minimumu və ehtiyac meyarları haqqında qanun layihələri sonradan baxılması üçün tövsiyə edib.
Layihəyə əsasən, 2014-cü ildə DSMF-nin xərcləri və gəlirlərinin 11,2 faiz və ya 295,8 milyon manat artaraq 2,928 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkə üzrə yaşayış minimumu builki 116 manatdan 2014-cü ildə 125 manata qədər, eləcə də əhalinin əmək qabiliyyətli hissəsi üçün 136 manata qədər (2013-cü ildə 125 manat), uşaqlar və pensiyaçılar üçün 103 manata qədər (müvafiq olaraq 93 manat və 94 manat) artırılacaq.
«2014-cü ildə ehtiyac meyarının səviyyəsi haqqında» qanun layihəsi bu meyarın ünvanlı sosial yardımların təyinatı üçün 2013-cü ildəki 93 manatdan 100 manata qədər artırılmasını nəzərdə tutur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 315