Muəllif:

2008, avqustda Qafqaz böyük bir savaşla üz-üzə imiş…

Mixail Saakaşvilinin son aşıqlamasından bəlli olub ki, 2008-ci ilin avqustda Qafqaz böyük bir savaşla üz-üzə imiş… Məsələ olduqca ciddi şəkil alıbmış, ABŞ-ın qanadlı raketlərlə silahlanmış gəmiləri Gürcüstana doğru istiqamət götürübmüş.

Saakaşvili deyib ki, o vaxt baş vermiş Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ Türkiyədəki hava qüvvələrini tam döyüş vəziyyətinə gətirib, onun Hərbi Dəniz Qüvvələrinin qanadlı raketlər ilə silahlanmış gəmiləri isə Gürcüstan sahillərinə doğru istiqamət götürüblər.

Mixail Saakaşvili Ukraynanın ZİK telekanalına müsahibəsində onu da ayrıca qeyd edib ki, bu gəmilərdə olan silah barədə onu o vaxtkı vitse-prezident Dik Çeyni məlumatlandırıb.

«6-cı donanma Gürcüstan sahillərinə doğru irəliləyərkən, donanmanın qanadlı raketlərlə silahlanmış flaqman gəmisi hətta Bosfor boğazını da keçib. Vitse-prezident Çeyni o zaman mənə açıq-aydın dedi: «Sən ki anlayırsan, biz içməli su gətirməmişik – bu daha ciddi yükdür», deyə Mixail Saakaşvili vurğulayıb.

Gürcüstan prezidentinin sözlərinə görə, Corc Buş Vaşinqtona döndükdən sonra ABŞ-ın Türkiyədəki hava qüvvələri tam döyüş vəziyyətinə gətirilib, bundan başqa, Amerikanın Rumıniyadakı bazasına əlavə təyyarələr cəlb olunmuşdu…
Belə görünür, o vaxt son anda sağlam düşüncə üstün gəlib və bölgəmizin üzərindən geniş miqyaslı savaşdan doğan çox böyük bir
fəlakət sovuşub. Gürcüstanın iki əyaləti daha güclü qonşu — Rusiya tərəfindən zorakılıqla qoparılma bahasına olsa da…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174