Muəllif: Redaksiya
200 min manat pul oğurlamış şərurlu yaxalandı
Vətəndaşın evindən külli məbləğdə pul oğurlamış NMR Şərur rayon sakini yaxalanıb.
DİN saytı xəbər verir ki, Abşeron Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Qabil Ramazanovun mənzilindən 200.000 manat pulu oğurlamış Şərur rayon sakini Ümid Ramazanov tutulub.
Oğurlanan pulun 119.800 manatı Ümid Ramazanova məxsus «VAZ-21015» markalı avtomaşında aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Bölüm: Kriminal
Oxunma sayı: 190