Muəllif:

Milli Elmlər Akademiyasında çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Bununla yanaşı, gələn il fevralın 1-dən aprelin 30-dək MEA işçilərinin attestasiyası keçiriləcək.
MEA prezidenti Akif Əlizadə bildirib ki, yeni işçilərin işə qəbulu bir qayda olaraq Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcək:
«Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi ilə bağlı bəzi müddəalar bir-biri ilə ziddiyyət təşkil edir. Bu da AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır».
Onu da qeyd edək ki, MEA-da İnnovasiya Fondunun yaradılması nəzərdə tutulur. Bu fondda akademiklərin innovativ layihələrindən əldə edilən əlavə gəlir toplanacaq. Fonddakı vəsaitin isə MEA Rəyasət Heyətinin qərarı ilə xərclənməsi planlaşdırılır.
Akademiyanın prezidenti deyib ki, hələlik layihə formasında olan bu fondun yaradılması elmin inkişafına xidmət edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183