Muəllif:

16 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib?

16 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verdiyi iddia olunur. Penitensiar Xidmət isə Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyamı haqqında məlumatı təkzib edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun Turan-a verdiyi məlumata görə, bu gün bir qrup məhbus daxili intizam qaydalarına zidd olan imtiyazlar verilməsini istəyiblər.
Cəzaçəkmə müəssisəsinin rəisi məhbusların daxili qaydaları pozan tələblərini rədd edib. Nəticədə, tələblərin üç təşkilatçısı təcrid edilərək karserə yerləşdirilib.
Mehman Sadıqov məhbusların özlərinə bədən xəsarətləri yetirməsi haqqında məlumatı təkzib edib.
Qeyri-rəsmi məlumatlara görə, 16 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib. Məhbuslar saxlanma şəraitinə etiraz edir və onlarla normal rəftar olunmasını tələb edirlər.
Etirazlara iki məhbusun öz venalarını kəsməsi səbəb olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296