150 manatdan aşağı maaş alan yoxsul sayılmalıdır!
Hökümətin işsizlik göstəricisi ilə manipulyasiya edir.Halbuki 150 manatdan aşağı maaş alan adam yoxsul sayılmalıdır. Ortaya bu kimi mülahizələr çıxıb. Bu belə əsaslandırılır ki, neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir — varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Azərbaycan höküməti seçmə sorğular əsasında 8 000 ailə təsərrüfatı içərisində hesablama (büdcə müayinəsi) aparır və yoxsulluğun səviyyəsinin beş-altı faiz olduğunu iddia edir. Lakin yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin “obyektivliyi” şübhə altına alınır. Müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə ehtiyac olduğunu düşünürlər, Onların şübhələrini artıran məlumatlara çıxışlarıy olmadığıdır.
Bu gün adambaşına düşən yaşayış minimumu ailənin gəlirlərindən çoxdursa, o zaman ailə yoxsul ailə sayılır. Hökümət torpağı olan adamı yoxsul saymır, baxmır ki, həmin torpaq sahəsi nə qədərdir. Beynəlxalq təcrübədə isə, kommunal xidmətlər də yoxsulluğun səviyyəsini göstərən amil kimi götürülür.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, insanlar rayonlarda “təsadüfi və sabit olmayan gəlirlə” yaşayır”. Bu rəsmi statistikada əks olunmayıb. O deyir ki, büdcə təşkilatlarını çıxmaq şərti ilə, daimi iş yerlərinin sayı azdır. Çünki insanlar kənd təsərrüfatı ilə məşğul olur və bu sahədə gəlirlər sabit deyil. Bu da yoxsulların sayına təsir edir.
Bütün bunlarla yanaşı, Dünya Bankı Azərbaycanda yoxsulluğun “radikal azalması” fikrinə inanır və bunu, hökümətin “çox effektiv pensiya və sosial müdafiə sistemi və dövlət investisiyaları nəticəsində yaranmış məşğulluq imkanlarının artıması”nin nəticəsi olduğunu bildirir.
İqtisadçı isə bu kimi vəziyyəti «işləyənlərin yoxsulluğu” adlandırır. Əhalinin 70 faizinin dayanıqlı fəaliyyətlə məşğul olmadığını deyən ekspert, “maaşların azlığı”nı da qeyd edir.
“Ən kobud hesablama aparsaq aydındır ki, 150 manatdan aşağı maaş alan adam yoxsul sayılmalıdır. Belələrinin sayı on minlərlədir. Hökümət, insan işləyirsə, onun maaşına baxmadan onu yoxsul saymır. Amma büdcə təşkilatlarında işləyənlərin sayı beş yüz min nəfərdən çoxdur və ən aşağı maaş ordadır. Büdcə təşkilatlarında işləyənlərin əmək haqları yüksək olmalıdır. İqtisadiyyatın ixrac əmsalları artmalıdır. Hökümətin işsizlik göstəricisi ilə də manipulyasiya edir. Önəmli məqamlardan biri real işsizliyin miqyasını azaltmaq lazımdır, onda yoxsulluq həqiqətən azalar. Aztəminatlı ailələrə maliyyə yardımı göstərilməlidir”.
“BBC Azərbaycan”nın məlumatına görə, Dünya Bankı, ünvanlılıq baxımından Azərbaycanın bu proqramını “dünyada ən yaxşı”lardan biri hesab edir. Bankın Azərbaycanda ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Zaur Rzayev, yoxsulluğu, təkcə “az gəlirlilik deyil”, həm də insanların zəruri xidmətlərdən yararlanması, ətraf mühit, yaxşı təhsil və səhiyyə xidmətlərindən istifadə və təhlükəsiz mühitdə yaşama imkanları” ilə xarakterizə edir.
“Məsələn, Dünya Bankının yardımı ilə yenidən qurulmuş yollarda insanların bir məntəqədən digərinə səyahət vaxtı otuz faiz azalıb. Bu isə, kənd təsərrüfatı istehsalçılarına öz məhsulların bazarlara daha tez, daha keyfiyyətli və daha ucuz çatdırmağa imkan verir”.
İndiyə qədər Azərbaycanda yoxsulluqla mübarizə üçün 50 layihəyə üç milyard dollardan çox ayırdığını bildirən DB daha çox kənd əhalisini icma şəklində sosial xidmətlərin yenidən qurulmasına cəlb edir. Bu sosial xidmət layihələrinə kəndarası yollar, elektrik, su təchizatı sistemləri, suvarma kanalları, tibb məntəqələri, kənd məktəblərinin təmiri və yenidən qurulması və bağların salınması aiddir.