Muəllif: Redaksiya
12 ildir axtarışda idi, Astanada yaxalandı
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan şəxs Qazaxıstanda həbs edilib. 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişli qətl törətməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.
Azərbaycan DİN və Sumqayıt Polis İdarəsinin əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev paytaxt Astanada saxlanılıb. Onun Azərbaycana ekstradisiya olunması razılaşdırılır.
Bölüm: Kriminal
Oxunma sayı: 301