Muəllif:

İki azərbaycanlı cüdoçu Avropa çempionu olub

İki azərbaycanlı cüdoçu Avropa çempionu olub. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc cüdoçular arasında Avropa çempionatına yekun vurulub. Yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 5 medalla qayıdıb.

Apasport.az saytının məlumatına görə, komandamızın heyətində Davud Məmmədov (55 kq) və Rəşad Rufullayev (60 kq) Avropa çempionu olublar. Mehman Sadıqov (55 kq), Oruc Vəlizadə (60 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) isə bürünc medalla kifayətləniblər.

Yığmamız komanda hesabında Rusiya (3-3-0) və Gürcüstanın (2-2-1) ardından 3-cü yeri tutub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117