Muəllif:

AB Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə təzyiqini pislədi

Avropa Birliyi Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə təzyiqini pisləyir. Avropa Birliyi rəhbərləri Moskvanın Ukraynaya və AB ilə ticarət əlaqələrini genişləndirməyə çalışan postsovet məkanının digər ölkələrinə qarşı təziqini pisləyiblər, xəbəri Reuters yayıb.
“Biz bu dövlətlərin suveren seçimlərini məhdudlaşdırmaq cəhdlərini qəbul edə bilmərik. Biz onlar üz döndərə bilmərik”, deyə çərşənbə günü Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Strasburqda Avropa Parlamenti qarşısında illik nitqlə çıxış edərkən bildirib.
Genişlənmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle öz növbəsində deyib ki, “Rusiyanın sənədlərin imzalanması ehtimalı ilə bağlı istənilən hədələri yolverilməzdir”.
Ukrayna Avropaya inteqrasiya istiqamətində strateji kursunu elan edib və 2013-cü ilin noyabrında Vilnüsdə “Şərq Tərəfdaşlığ” sammitində AB ilə assosiasiya haqqında saziş imzalamağa hazırlaşır. Azad ticarət zonası haqqında müddəa onun bir hissəsidir. Elə oradaca Gürcüstan və Avropa Birliyi arasında azad ticarət zonası haqqında saziş imzalana bilər.
Bir müddət əvvəl Ermənistan assosiasiya haqqında saziş imzalamaqdan imtina edərək, Rusiya ilə Vahid Gömrük İttifaqına qoşulduğunu bəyan edib.
Bunun Kremlin güclü təzyiq göstərdiyi Yerevanın məcburi addımı olduğundan çox az insan şübhələnir. Bir müddət əvvəl Ermənistan ən yüksək səviyyədə Vilnüsdə AB ilə assosiasiya haqqında saziş imzalayacağını bildirib.

Turan-ın xəbərinə istinadən Avropa Parlamenti cümə axşamı Strasburqda keçirilən plenar iclasında Rusiya tərəfindən postsovet ölkələrinə siyasi və iqtisadi təzyiqlər olduğunu bəyan edərək, qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, AP RF tərəfindən AB ilə assosiasiya haqqında ikitərəfli sazişlərin yekunlaşdırılması və imzalanması mərhələsində olan AB-nin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan bir sıra ölkələrə qarşı (Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) “müxtəlif növ” təzyiqləri qəbuledilməz hesab edir.
“Avropa Parlamenti hesab edir ki, tərəfdaş ölkələr və AB arasında proqressiv inteqrasiya onların Rusiya ilə yaxşı qonşuluq münasibətlərinə malik olmaq cəhdləri ilə bir araya sığır… Rusiya Federasiyasını şərq tərəfdaşlarına (AB) güclənən təzyiqdən yayınmağa və onların siyasi seçim etmək hüququna tamamilə hörmət etməyə çağırır”, deyə qətnamədə bildirilir.
Parlamentarilər hesab edirlər ki, keçmiş SSRİ ölkələrinin AB dəyərləri və normaları əsasında iqtisadi və siyasi islahatlar kursu seçməsi Rusiyanın da maraqlarına uyğundur, belə ki, bu, “onun sərhədləri boyunca sabitlik, çiçəklənmə və əməkdaşlıq zonasını genişləndirməyə” imkan verəcək. Bununla əlaqədar olaraq, AP Avropa Komissiyasını və AB xarici siyasət idarəsini birlik tərəfdaşlarının müdafiəsi üçün konkret və səmərəli tədbirlər işləyib hazırlamağa və təqdim etməyə, “bütün “Şərq Tərəfdaşlığı” ölkələrinə onların ümidlərinin və seçiminin dəstəklənməsinə dair siqnal göndərməyə” çağırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 230