1100-dən çox azərbaycanlı gənc gürcü ali məktəblərinə ərizə verib
Bu il 1100-dən çox azərbaycanlı abituriyent Gürcüstanın ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçib və bu il keçən ildəkindən 30% çox abiturient qeydiyyatdan keçib. Gürcüstanın elm və təhsil naziri Georgi Marqvelaşvili bildirib ki, bu il milli imtahanlar üçün hər şərait yaradılıb və imtahanlar yüksək təşkilatçılıqla keçiriləcək. “Ali təhsilə maraq çoxalıb. Sözsüz ki, biz bu ili məsuliyyətli il hesab edirik. Nazirlikdə imtahanların gedişaatı üçün müxtəlif nazirliklərin nümayəndələrindən ibarət qərargah yaradılıb. Milli imtahanları yüksək təşkilatçılıqla başa çatdırmaq üçün hər şey hazırdır”, deyə nazir bildirib (APA).
Keçən il 500 azərbaycanlı abiturient gürcü ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçibsə, bu il artım ikiqatdır və soydaşlarımızın Gürcüstan cəmiyyətinə gərəyincə inteqrasiyası üçün onların gürcüdilli ali məktəblərdə təhsil almaları önəmlidir.

