Muəllif:

11 yaşlı qohumunu oğurlayıb öldürınin məhkəməsi gedir

Xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Ceyranbatan qəsəbə sakini Mansur Zülfüqarovun cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, bu ilin fevralın 15-də, saat 12:40 radələrində Ceyranbatan qəsəbə sakini, 11 yaşlı Pirmurad Pirmuradovun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanması barədə daxil olmuş məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, Ceyranbatan qəsəbə sakini Mansur Zülfüqarov tamah məqsədi ilə qohumu Pirmurad Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparıb və həmin gün saat 18:16 dəqiqədə atası İlqar Pirmuradova zəng edərək oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə azad olunması müqabilində ondan 30 min manat pul tələb edib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mansur Zülfüqarov tutularaq istintaqa cəlb olunub.
İstintaq müəyyən edib ki, Mansur Zülfüqarov ifşa olunmasından ehtiyat edərək Pirmurad Pirmuradovu Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı-Sumqayıt magistral şossesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.
Pirmurad Pirmuradovun meyiti aşkar edilərək meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə digər zəruri istintaq hərəkətləri aparılıb. Mansur Zülfüqarov CM 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3-cü 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Törətdiyi cinayəti etiraf edən Mansur Zülfüqarov əməlindən peşman olduğunu bildirib. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi İlqar Pirmuradov ifadə verib. Hadisəni danışan İlqar Pirmuradov bildirib ki, hadisə baş verən günü övladınmı məktəbə göndəriblər. Onun sözlərinə görə, günün ikinci yarsında ona naməlum zəng gəlib: “Nömrəsi bilinməyən zəngə cavab verdim. Telefonda danışan şəxs övladımı oğurladığını, qaytarılması üçün pul verilməsini tələb etdi. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə məlumat verdim. Məlumat əsasında cinayət hadisəsinin törədilməsi ortaya çıxdı”.
Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona qanunla nəzərdə tutulmuş qaydada ən ağır cəza verilməsini hakimlərdən xahiş edib. Məhkəmə iclası avqustun 1-də davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 521