Muəllif: Redaksiya
06 divara çırpıldı, sürücü yerindəcə keçindi
Ötən gün axşam saatlarında Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Xanbulan kənd sakini Əhmədağa Ağayevin idarə etdiyi VAZ-2106 markalı avtomobil Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı hasara çırpılıb. Güclü zərbənin təsirindən sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 115

