“06” da rüşvət alarkən başının üstünü kəsdiriblər
Bakıda vəzifəli şəxs rüşvət alarkən həbs edilib. Baş Prokurorluğun mətbuat xidməti bildirilir ki, vətəndaşın Korrupsiyaya qarşı mübarizə idarəsinə Suraxanı rayon İH başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17.0 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə CM 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb.
Müraciət əsasında idarənin əməkdaşları tərəfindən 6 fevral 2013-cü ildə keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi “VAZ-2106” markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8.0 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.