Muəllif:

YUNESKO mədəni mülkiyyətimizlə bağlı qərar qəbul edib

Parisdə maraqlı bir hal yaşanıb. Bu, YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilərkən olub. «Trend» XİN rəsmi saytına istinadən xəbər verir ki, qərarda işğal edən ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və işğal edilmiş ərazilərə texniki missiyaların göndərilməsi imkanı əks olunub.
Bununla yanaşı, qərara əsasən Katiblik gələn il Komitəyə təqdim edilməsi üçün işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəaların həyata keçirilməsi ilə bağlı ətraflı sənəd hazırlamalıdır.
Bu sənədin Komitədə qəbul edilməsi ilə Azərbaycan işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin daha geniş müzakirə edilməsi və müəyyən mexanizmlərinin qəbul edilməsinə bünövrə yaradıb.
Qeyd edilməlidir ki, bu qərar Ermənistan və onu dəstəkləyən bir sıra Komitə üzvləri tərəfindən etirazlarla qarşılansa da, Komitənin əksər üzvləri Azərbaycanın təşəbbüsünü bəyənib, bununla bağlı gələcək addımların atılmasını dəstəkləyiblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 5824