Muəllif:

Viza istəyirsən? Bunun haqqı var…

«Euro-Azia-Az» MMC icraçı direktoru İlqar Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girib. O, xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən külli miqdarda rüşvət alıb. İlqar Yusifov həmçinin, ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı əməlinə də baş vurub.
Təqsirləndirilən şəxslər CM-nin «rüşvət alma», «vəzifə səlahiyyətlərindən sui-istifadə» və «vəzifə saxtakarlığı» maddələri ilə ittiham elan edilirdilər.
Bakı Ağır Cinayətlər Məhkəməsində icraçı direktor İlqar Yusifov və cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesin sonunda İlqar Yusifov 3 il müddətinə azadlıqdan məhrum edildi. Mirqərib Qasımov isə 2 il sınaq müddəti təyin edilməklə 8 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından sərbəst buraxılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 265