Muəllif:

Vətən xainləri bəraət istəyir

İranın məxfi xidmətlərindən sayılan «İslam İnqilabı Keşikçiləri Korpusu» — SEPAH-la əməkdaşlıqda, yəni mənsub olduqları dövlətə xəyanətdə ittiham olunan dəstə üzvlərinin şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində proses başlayıb.
Cinayət işi üzrə Niyaz Kərimov, Mübariz Əliyev, Elman Tağıyev, Nüsrət Cəlilov, Rahim Qasımov, Məmmədtağı Zəkiyev, Bəhram Həşimov, Ayaz Abbasov, Əfqan Abbasov, Şahin Məmmədov, Mirələsgər Ağayev, Rövşən Zülfüqarov, Həmidağa Ələkbərov, Seymur Qasımov, Taleh Rəsulov, Ceyhun Həbibov, Elçin Kərimov, Zahid Məmmədov, Əbülfəz Zəkiyev, Əli Bəşirov, Gülhüseyn Nuriyev və Asif Fərəcov CM 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə məhkum olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvləri 10 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər. Lakin onlar hökmlə barışmayaraq bəraət istəyirlər…
Bu şəxslər MTN tərəfindən bu ilin fevral və mart aylarında tutulublar. Sübut edilib ki, onlar İranın xüsusi xidmət orqanı olan «İslam İnqilabının Mühafizəçiləri Korpusu» — SEPAH tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, SEPAH əməkdaşlarının tapşırıqları əsasında casusluq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də, İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları SEPAH əməkdaşlarının əlaqəsinə təqdim ediblər.
Lakin hökmdən narazı qalıb və apelyasiya şikayəti veriblər. Şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada bu şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Onlar bu şikayətə baxacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 358