Muəllif:

Vahid Əhmədov: «45 milyard manat ehtiyatı olan dövlət üçün 100 milyon manat heç nədir»

Gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub və bu rəqəm cari illə müqayisədə 2 dəfə çoxdur. Amma bəzi ekspertlər bu yeni məbləği də az sayırlar. Təklif edilir ki, ildə ən azı 80-100 milyon manat vəsait ayrılmalıdır ki, sonradan faizlər qaytarılanda bu məbləğ heç olmasa 200-300 milyona çatsın.

MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, gələn il üçün ayrılan 40 milyon azdır. Deyir:

«Mən bilirəm ki, 2012-ci ilin ilk 3-4 ayında həmin ipoteka verilib qurtardı, məbləğ çox kiçik idi, cəmi 16 milyon manat idi. Ona görə də məbləğ yüksək olmalıdır ki, hamı istifadə edə bilsin. Müraciət edən həddən artıq çoxdur. Hökumətə 20 gün vaxt verilib, noyabrın 30-da büdcəyə yenidən baxılmalıdır. Görək, bəlkə məbləğ artırıldı. Digər vacib məsələ ipoteka kreditləri ilə bağlı şərtlərin ağır olmasıdır. İstər ilkin ödəniş, istər illik faiz, istərsə ümumi məbləğlə bağlı problemlər var. Fikrimcə, illik faiz 1-2 faiz olmalıdır. İlkin ödəniş aşağı olmalıdır, yəni 1000-1500 manat. Bir də məbləği artırmaq, təxminən 50-100 min manat arasında etmək lazımdır ki, vətəndaşlar heç olmasa ikiotaqlı mənzil ala bilsinlər».

Əhmədov hesab edir ki, ipoteka üçün ayrılan vəsait 80-100 milyona qədər artırılmalıdır. Onun fikrincə, 45 milyard manat ehtiyatı olan dövlət üçün 100 milyon manat heç nədir, kiçik rəqəmdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 340