Toni Brekston özünü yaxşı hiss etmir
Bakıda möhtəşəm bir konserti gözlənilən dünya ulduzu Toni Brekstonun səhhətində problemlər yaranıb. Bu barədə ulduzun menecerləri informasiya yayıblar. Həkimlər Toni Brekstona dekabrda nəzərdə tutulan konsert və şou proqramlarını sonraya saxlamağında israr ediblər. Bakı konserti də bu sıradan idi.
Qeyd edək ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun dekabrda Bakıda konserti nəzərdə tutulurdu. O, dekabrın 17-18-də Heydər Əliyev Sarayında iki günlük solo konsertlə çıxış etməli idi.
Menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra, yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır. Yəni, onun Bakı konserti mövzusuna təkrar qayıdılacaq və çox ehtimal ki, bu konsert gerçəkləşsin.
Toni Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına dünəndən — dekabrın 7-dən başlanıldı.