Muəllif:

Tələbələrin sosial fəallığı artırılır

 

Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi 2012-ci ilin iyun ayından başlayaraq UNICEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin təşkilatçı dəstəyilə “Sosial işçilər və sosial xidmətçilər üçün təlim proqramının hazırlanması və tətbiqi” adlı lahiyə reallaşdırmaqdadır. Hazırda layihə çərçivəsində işlər davam etməkdədir.

Lahiyənin icra proqramı əsasında 2012-ci ilin oktyabr ayından başlayaraq Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti və Azərbaycan Turizm Unstitunun Sosial İş ixtisası üzrə təhsil alan tələbələrindən ibarət 2 tələbə qrupu ƏƏSMN-nin müvafiq layihələrinə cəlb olunma məqsədi ilə müxtəlif qeyri-hökumət təşkilatlarında təcrübə keçərək, iş təcrübəsi ilə yaxından tanış olma imkanı əldə etmişlər.

Təşkilatlarda təcrübə proqramına cəlb olunmuş tələbələrə həmin qurumların mütəxəssisləri tərəfindən təşkilatın spesifikasına müvafiq təlimlər keçirilmişdir. 26 nəfərdən ibarət 1-ci tələbə qrupu dekabrın 1-ə dək 8 qurumda olmuş, dekabrın 4-dən etibarən isə 14 nəfərdən ibarət 2-ci tələbə qrupunun təlim və təcrübələrinə start verilmişdir.

Tələbələr SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının «Ailələrə Dəstək» və «Gənclərə Güvənc Körpüsü» layihələri, Təhsildə İnnovasiyalar Mərkəzi, «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyi, Sosial Xidmətlər Təşəbbüsü, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Memoria Nevropsixologiya Mərkəzi, Azərbaycan Uşaqlar Birliyində qurumlarda olmuş, mütəxəssislər tərəfindən onlara «Ailələrlə sosial işin təşkilli», «Aztəminatlı ailələrlə psixososial işin təşkili», «Əlilliyi olan şəxslərlə sosial işin təşkili», «İnsan alveri qurbanları ilə sosial işin təşkili», «Ailədaxili zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili», «İnklüziv təhsildə sosial işçinin rolu», «Autizmli uşaqlarla sosial işin təşkili» mövzularında təlimlər keçirilmişdir, həmçinin onlar təşkilatların iş təcrübəsi ilə yaxından tanış olmuşlar.

Məlumat üçün qeyd edək ki, layihənin əsas məqsədi tələbələrə nəzəri biliklər əsasında əhalinin müxtəlif qrupları ilə işləmək üçün müvafiq bilik və bacarıqların aşılanmasıdır. Həmçinin bu təcrübə və təlimlər əsasında tələbələrə gələcək karyeralarını qurarkən seçim imkanları yaradılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 342