Tələbələrə endirim kartları təqdim edildi
Dünən Azərbaycan Dillər Universtetində tələbələrə «European Youth Card» (EYCA) diskont kartlarının («tələbə kartı») təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru Səməd Seyidov qeyd etdi ki, endirim kartı tələbələrə çoxsaylı mağaza, restoran, kafe və digər müəssisələrdə güzəştlərdən yararlanmağa imkan verəçək. Bundan əlavə, gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğuladı ki, bu sistem Avropa ölkələrində uğurla fəaliyyət göstərir.
Layihə 2011-15 illəri əhatə edən “Dövlət gənclər proqramı” çərçivəsində həyata keçirilir. «Countdown» diskont sisteminin kartlarının xoşbəxt sahibləri olan tələbələr onlara paylanılmış endirim kartlarına görə minnətdarlıqlarını bildirdilər.
«Countdown» sistemi 34 ölkədə fəaliyyət göstərir və dünyada 100 000-dən çox xidmət müəssisələrində 3%-dən 50%-ə qədər güzəştlərdən yararlanmağa imkan verir. Azərbaycanda 1970-ci ildən fəaliyyət göstərir. Dünyanın ən iri diskont sisteminin partnyorları sırasına fastfoodlar, səyahət agentlikləri, mehmanxanalar, gözəllik salonları, avtomobil icarəsi, səhiyyə obyektləri və digər çoxsaylı xidmət müəssisələri daxildir.