Suriya dərsləri: Ermənilər ərəblərdən yardım istəyirlər
Liviyada vətəndaş savaşından sonra, gündəmə gələn ssenari bu dəfə Suriyada Əsəd rejiminin dağılma ərəfəsində özünü göstərməkdədir. Hadisələrin gedişi deməyə əsas verir ki, Osmanlı İmperiyasının parçalanması prosesində xəritəyə çıxarılan bu ölkə ən azından üç yerə — ərəb, türkman və kürd milli bölgələrinə bölünəcəkdir. Bunun işartıları özünü indidən göstərməyə başlamışdır. Durumun belə bir məcraya yönəlməsindən ən çox əndişəyə düşənlərin sırasında ermənilər və çərkəzlər ilk sırada yer alırlar. Çərkəzlər Quzey Qafqaz, İsrail, İordaniya və Türkiyəyə üz tutsalar da, erməniləri hansısa bir dövlətdə qaçqın statusunda belə qəbul edən yoxdur.
İki vətən arasında
Orta Doğu ölkələrində yaşayan ermənilərin çoxu dini baxımdan Ermənistanda hakim Eçmiədzin Kilsəsinə tabe deyillər. Onlar müsəlman ölkələrində icmalar şəklində yaşamaqla yanaşı, Kilikiya Apostol Kilsəsinə, ya da Vatikan Kilsəsinə bağlıdırlar. Kilikiya Apostol Kilsəsi isə 400 ilə yaxındır Eçmiədzin katolikosluğu ilə düşmənçilik edir. Bunu indiki halda Ermənistanda iqtidar və müxalifətin simasında daha aydın şəkildə izləmək mümkündür. Serj Sərkisyan iqtidarı Eçmiədzin Patriarxlığına sədaqət göstərsə də, eks-prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi ana müxalifət adı altında Kilikiya Kilsəsinin mənəvi varisi hesab olunur. Çünki, 1948-50-ci illərdə Ermənistanda və Qafqazda erməni əhalisinin sayını süni şəkildə artırmaq üçün SSRİ-nin razılığı əsasında Orta Doğudan, ən çox da Suriyadan 250 min nəfərə yaxın erməni köçürülüb gətirilmişdi. Bu siyasətin ardında duran əsas məsələlərdən biri də Kilikiya Kilsəsinin Moskvanın təsiri altına keçmək istəmədiyi olmuşdu.
O vaxt İrəvanda ümid edirdilər ki, Orta Doğudan köçmüş erməni əhalisi tədricən sosial güc şəklində Eçmiədzin Kilsəsinin təsirinə düşəcəklər. 1991-ci ildə Ter-Petrosyan prezident seçildikdən sonra, «Daşnaksütyun Partiyası»nın terrorçu təşkilat kimi yasaq edilməsi haqqında verdiyi qərar sübut etdi ki, Kilikiya Kilsəsinin xətti hələ də şüurlarda qalır.
İndiki məqamda Suriya ermənilərinin vətəndaş savaşından canlarını qurtarmaq üçün Ermənistana ikinci vətən kimi miqrasiya etmədiklərinin səbəbi məhz bundan qaynaqlanır. Bir yandan İrəvandakı hakimiyyətin onlara barmaqarası münasibəti, digər yandan isə erməni miqrantlarının psixoloji, dini və mənəvi baxımdan daha çox ana müxalifətin yanında yer alması ilk dəfədir Orta Doğuda erməniləri çıxılmaz vəziyyətə salmışdır. Buna görə də, Suriya ermənilər «ikinci vətən» taktikasını seçməyə məcbur olmuşlar.
Hazırda BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Misir, Livan, Tunis və Əlcəzair kimi ölkələrdə erməni icmaları hərəkətə keçərək Suriya erməni icmalarının miqrant statusunda həmin ölkələrdə məskunlaşması üçün imkanlar aramağa başlamışlar. Hətta bir sıra erməni icmaları bu projeyə Türkiyənin də qatılması təklifini irəli sürmüşlər. Belə ki, Suriyada yaşayan amşenlərin (müsəlman ermənilər) sayı dəqiq bəlli olmasa da, onların ən azından 70 min olduğu qeyd edilməkdədir. Onlar ərəb ölkələrindən daha çox Türkiyəni özlərinə vətən seçməkdə problem olmadığını açıq şəkildə müdafiə edirlər.
Beləliklə, bu dəfə erməni qaçqınları, İraqdakı situasiyadan fərqli olaraq, nə mədəni Avropa, nə totalitar rejimlərin hakim olduğu Güney Amerika dövlətləri, nə də daim onları öz nəzarətinə almaq istəyən Rusiya himayə edir. Buna görə də ikinci vətən modelindən bərk yapışmaqla elə Orta Doğu dövlətlərinə miqrasiya etməklə, onlara tanış olan ərəbdilli mühitdə yaşamlarını davam etməklə Suriyadakı vətəndaş savaşından canlarını qurtarmağa tələsirlər.
40 illik diktaturanın sadiq nökərlərinin göz yaşları
1970-ci ilin 16 noyabrında müdafiə naziri Hafiz Əsəd ölkədə dövlət çevrilişi etməklə yanaşı qanuni prezident Salah Cədidi hakimiyyətdən uzaqlaşdıraraq və BƏƏS (Ərəb Milliyyətiçi Sosialist Partiyası) partiyasının lideri kimi özünü prezident elan etdi. Hafiz Əsəd ilk öncə Hələbdə, daha sonra isə Qırğızstanın Kant şəhərindəki hərbi təlim mərkəzində uzaqmənzilli qırıcı hərbi reaktiv təyyarələrin eskadrilya komandiri ixtisası üzrə təhsil almışdı. Suriyanın Latakiya əyalətinin Kardaha kəndindəki «əl-vəhş» (ərəbcə vəhşi heyvan, sürü mənasını verir) tayfasından çıxmış Hafiz Əsəd ölkəni elə bu təfəkkür tərzi ilə idarə etməyə başladı.
Ərəb milliyyətçiliyi ideologiyasını hakim siyasətə çevirməsinə baxmayaraq, Hafiz Əsəd özünün qurmuş olduğu diktator rejimini daha çox erməni və çərkəzlərdən ibarət xüsusi cəza qüvvələrinin köməyilə idarə edirdi. Bu sırada ölkədə yaşayan beş milyonluq türkman əhalisinə qarşı divanlar tutmaqla, türkün milli kimlik izlərini məhv etməklə öz mövqelərini daha da gücləndirmək xətti götürmüşdü. Türkmənlər ya tamamilə «ərəbləşməli», ya da «məhv» edilməli idilər. Xüsusilə, Hələb və onun ətrafındakı şəhərlərin, qəsəbələrin və kəndlərin əhalisinə amansız divanlar tutulurdu. Əsəd rejimi hətta türkmanları total şəkildə məhv etmək üçün xüsusi cəza düşərgələri belə yaratmışdı. Türkman, kürd və digər xalqlar yaşadıqları ərazilərdə yerli bələdiyyələrə, parlamentə seçilmək hüququndan məhrum idilər. Nəticə etibarilə 5 milyonluq türkmən əhalisinin demək olar 2 milyondan çoxu tamamilə assimliasiyaya məruz qaldılar. 200 min nəfərlik erməni üçünsə yetərincə sayda orta məktəblər, kilsələr, qəzet və jurnallar, mədəni mərkəzlər fəaliyyət göstərirdi.
Dini azlıqlar məsələsində də Əsəd rejimi xeyli addımlar atmışdı. Məliki Katolik Kilsəsi (xristian ərəblər üçün), Ortodoks Kilsəsi (ruslar və yunanlar üçün), Kilikiya Apostol Kilsəsi (ermənilər üçün), Yezidi Ocaqlarının (yezidi kürdlər üçün, onların sayı 5 min nəfərdir) fəaliyyəti üçün yetərincə imkanlar yaradılmışdı. Bütün bunlardan fərqli olaraq, türkmanların arasında kimin əlində Azərbaycan və ya Anadolu türkcəsində kitab, dərgi, qəzet tapılsaydı dərhal «pantürkist» damğası ilə ən azından 10 il müddətinə həbs cəzası ilə məhkum olunurdu.
Bir tərəfdən də rejimi dişi və canı ilə qoruyan, onun vuran əli olan ermənilər onlara yaradılmış fürsətdən istifadə edərək Suriyada gizli türk soyqırımını davam etdirirdilər.
Bu gün Orta Doğu ölkələrində baş verən və silsilə şəklində davam edən inqilablar ən çox diktatura rejimlərin süpürüb aparır. Belə bir proses Suriyadan da yan keçməmişdir. Ölkədəki diktator rejimini yıxmaq üçün ayağa qalxmış üsyançılar 40 illik fəlakətlərin əsas baiskarı kimi ermənilərdən və çərkəzlərdən daha qəddarcasına intiqamlarını almaqdadır. Bu iki topluma məxsus bütün şəhərlər və qəsəbələr tamamilə üsyançılar tərəfindən dağıdılmışdır. Onlar indi başa düşmüşlər ki, rejimin çomağı rolunda çıxış etməyin acı nəticəsi nədir. Göz yaşları içində bütün beynəlxalq birliyə, regionda söz sahibinə çevrilmiş dövlətlərə yalvara-yalvara xilas olunmaları üçün insani yardımlar diləyirlər.
Cəlladlar ölkəsi
Qırx illik Əsəd ailəsinin diktaturası dönəmində Suriyada təxmini hesablamalara görə 2 milyondan artıq insan qətli olunmuşdur. 1982-ci ilin fevralında bütün dünyanın gözü qarşısında Xəmə şəhərində Hafiz Əsədin bir əmri ilə rejimə qarşı olan 40 min insan toplardan, tanklardan və digər ağır silahların atəşləri nəticəsində öldürülmüşdür. Bu əməliyyatda ermənilərdən ibarət yaxşı silahlandırılmış xüsusi cəza dəstələri (daşnakların ən güclü erməni silahlı birlikləri) amansızcasına və xüsusi qəddarlıqla dinc nümayişçilərə divan tutmuşdular.
Son ilyarımda ölkənin ən böyük şəhərlərindən olan Hələbdə ermənilər at oynadırdılarsa, indi burada onların izi-tozu belə qalmamışdır. Bura sanki, 40 il bundan öncə olduğu kimi türkman şəhərinə çevrilməkdədir. Şamdakı erməni diasporunun açıqlamasına görə təkcə Hələbdən 60 min erməni vətəndaş savaşına görə qonşu Livan, İordaniya və digər ölkələrə miqrasiya etməyə məcbur olmuşdur. Süni şəkildə qabardılan ərəb milliyyətçi sosialist düşüncəsinə malik olan rejimlərin (Liviya, İraq) bir-bir sıradan çıxması dəhşət saçan qanlı savaşlarla müşahidə olunmuşdur. İndi bu proses ilyarımdır Suriyada gedir.
Monarxiya üsulu ilə idarə olunan ərəb ölkələri, Avropa və Türkiyə də daxil, Əsəd rejiminin qoruyucularına siyasi qaçqın statusu vermirlər. Buna görə də «bəlkə də qaytardılar» prinsipinə söykənərək rejimin qorunub saxlanılması üçün son damla qanlarına qədər savaşmağa məcbur qalmışlar.
Ermənistana qaçqın kimi gəlmiş Suriya ermənilərinin fikrincə öz ölkələrində ölsəydilər indi düşmüş olduqları durumdan daha şərəfli olardı. Çünki, İrəvanda hökumət onları nə evlə təmin etmək, nə də digər sosial problemlərinin həllində istənilən köməyi etmək imkanındadır. BMT-yə müraciət də istənilən müsbət nəticəni verməmişdir. Orta Doğudakı Daşnaksütyun, Pamkavar Azatakan və Hnçak partiyaları, erməni kilsələri Suriya ermənilərinə yardım kampaniyaları başlatsalar da, hələ ki, istənilən nəticə yoxdur. Çünki, savaş bölgəsinə humanitar yardım göndərmək çox böyük risqdir. İntiqamçı üsyançıların özləri buna imkan vermirlər. Suriya ermənilərinə humanitar yardım kampaniyalarının aparılması üçün bu prosesə qoşulmuş «PanARMENIAN MEDIA GROUP»un bütün təşəbbüsləri boşa çıxmışdır.
Hazırda ermənilər Suriyada yaranmış böhranla bağlı Türkiyənin roluna toxunaraq, onların bir millət kimi burada «məzlum xristian əhalisi» kimi yenidən soyqırıma məruz qalacaqları iddiasını beynəlxalq səviyyədə mümkün qədər ictimailəşdirməyə çalışırlar. Onlar hətta üsyançı «Müsəlman Qardaşları»nın silahlı qüvvələrini Türkiyədən fərqli olaraq «mələk» rolunda gördüklərini belə qeyd edirlər. Halbuki məhz üsyançı müxalifət əldə silah birbaşa çərkəzlərdən və ermənilərdən onların keçmiş əməllərindən dolayı qəddarcasına intiqam alırlar.
Noyabrın 19-da Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Küveytə gələrək bu müsəlman ölkəsindən humanitar yardım göstərilməsini diləmişdi. Xarici işlər naziri Şeyx Sabah Xaled əl-Həməd əs-Sabah isə eyhamla bildirmişdi ki, 40 illik tarixin acısını indi də qoy başqaları çəksin. Suriya müxalifəti Milli Şurasının lideri Əhməd Muəz əl-Xətib isə qeyd etmişdi ki, Əsəd rejimini 40 ildir qoruyanlar (çərkəzlər və ermənilər) beynəlxalq tribunaldan qaçdıqları üçün şəriət qanunları ilə cəzalandırılır. İndi məzlum cildinə girmiş rejim cəlladları bizdən aman istəyirlər. İllərlə insan haqları, demokratiya əleyhində yaradılmış diktatura zənciri onların əlindəykən bunca amansız olduqlarnın niyə fərqində deyildilər?..