Sevinc Babayeva İstanbulda ürək xəstəliyindən vəfat edib?
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın vəfat etdiyi xəbəri gəldi.
Baş Prokurorluq mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib. Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi deyilir
Sevinc Babayevanın yoxa çıxmasından sonra onun məlum iş üzrə mühüm bir şahid olaraq aradan götürülə biləcəyi ehtimalı mətbuatda hallandırılırdı. Baş verən hadisələrdən sonra onun necə olub ölkədən kənara çıxa bildiyi sual doğururdu. İki gün öncə onu İnterpol xətti ilə beynəlxalq axtarışa vermişdilər. Hadisələr çox sürətlə inkişaf etdi. Mühüm şahid artıq ortada yoxdur.