Muəllif:

Rusiyaya giriş yalnız xarici pasportla mümkün olacaq

2015-ci ildən MDB daxil olmaqla bütün ölkələrin vətəndaşları üçün Rusiya Federasiyasına girişə yalnız xarici pasportlarla icazə verilməlidir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Rusiya Federal Məclisində illik müraciətlə çıxış edən RF Prezidenti Vladimir Putin bəyan edib.

Prezident qeyd edib ki, lazımi nəzarətin yoxluğu effektiv miqrasiya uçotunu aparmağa imkan vermir.

«2015-ci ildən gec olmayaraq, Rusiyaya girişə başqa ölkələrin daxili pasportları ilə deyil, yalnız xarici pasportlarla xüsusi icazə verilməlidir, — o bildirib. — Müvafiq idarələrdən Birlik ölkələrindəki həmkarları ilə bu məsələni həll etməyi xahiş edirəm».

Putin «heç kəsə problemlər yaratmağın lazım olmadığını» vurğulayıb və zəruri olduqda maksimum maliyyə və texniki kömək göstərilməsinə çağırıb.

Putin, həmçinin Rusiya imperiyasında və SSRİ-də doğulmuş, indiki vətəndaşlığından imtina edib daimi yaşayış üçün Rusiyaya köçmək istəyən həmyerlilərə — rus dilinin və rus mədəniyyətinin daşıyıcılarına, onların nəsillərinə «Rusiya vətəndaşlığının verilməsinin sürətləndirilməsini» tapşırıb.

«Rusiya yalnız əlavə qazanc əldə edib getmək istəyənlərə deyil, köçmək, həmişəlik məskən salmaq və Rusiyanı öz vətəni hesab edən yeni güclərin, ağıllı, təhsilli, zəhmətkeş insanların axınına ehtiyac duyur, — o bildirib. — Eyni zamanda qanunsuz miqrasiya, miqrasiya uçotu sahəsində pozuntular üçün cərimələrin sərtləşdirilməsini əsaslandırılmış və lazımi hesab edirəm».

Prezident xatırladıb ki, müvafiq düzəlişlər artıq Dövlət Dumasının müzakirəsindədir: «Deputatlardan bu qanunları qəbul etməyi xahiş edirəm».

Öz tərəfimizdən əlavə etmək istərdik ki, Azərbaycan vətəndaşları Rusiyaya onsuz da xarici pasportsuz girə bilmir. Şəxsiyyət vəsiqəsilə Rusiyaya Qazaxıstan vətəndaşları səfər edə bilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161