Muəllif:

Reproduktiv sağlamlığın yolları müəyyən edilib

«Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» qanuna görə, yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyə və təhsili ailədə, habelə, müvafiq təhsil proqramlarına əsasən təhsil müəssisələrində xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir. Qanun layihəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanlar üçün cinsi tərbiyə və reproduktiv sağlamlığın qorunması, onların ailə həyatına hazırlanması üzrə təhsil proqramları işlənib hazırlanarkən onların cins, yaş, psixofiziki inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır.
Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında hazırlanan qanun layihəsində qeyd olunur ki, cins ilə bağlı irsi xəstəliyin keçirilmə ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.
Hazırlanan qanunun 17.1. maddəsində göstərilir ki, hamiləliyin süni pozulması müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə həyata keçirilməlidir. Eyni zamanda, qanunun 17.2. maddəsində bildirilir ki, yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni pozulması onların arzusu ilə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.
Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, sözügedən qanunun icrası 300-400 min manat vəsait tələb edir:
«Biz çalışmalıyıq ki, 2013-cü ilin büdcəsinə bu xərcləri daxil edək, çünki, bu sahədə işlərin görülməsini yubatmadan başlamaq lazımdır. Bu gün kəndlərdə cinsi mədəniyyətin aşağı olması xeyli ailə problemlərinə səbəb olur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 377