Muəllif:

Quba hadisələri: daha bir qrupa hökm oxundu

Dekabrın 21-də Quba rayon Məhkəməsində 1 mart Quba hadisələrinə görə keçirilən daha bir proses başa çatıb. «Azadlıq» radiosunun məlumatına görə, hakim Fizuli Pənahovun sədrliyi ilə keçirilən prosesdə 7 nəfərə hökm oxunub.
Müttəhimlərdən Səfər Qəribov 1 il 6 ay, Habil Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərov 3 il müddətinə şərti məhkumluqla cəzalandırılıblar.
Onlar əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.
Prokuror bu şəxslərə məhkəmədən 5 ilədək həbs cəzası istəmişdi.
Quba hadisələri ilə əlaqədar bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib. Zərərçəkənlər əsasən polislər olub.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini iddia ediblər.
Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb. Sonra bu çıxışın kontekstdən bilərəkdən çıxarıldığı və yayıldığı üzə çıxıb. Bunun fitnəkarlıq məqsədilə edildiyi barədə iddialar var.
Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib. Quba rayon Məhkəməsində indiyə qədər bu olayla bağlı 3 məhkəmə hökmü oxunub. Dördüncü proses Xaçmaz rayon Məhkəməsində keçirilir. Bu dəfə məhkəmə qarşısında Qubanın bələdiyyə sədri ilə jurnalistlərdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 232