Muəllif:

Qlobal Enerji Arxitekturası indeksi: 105 ölkə arasında 42-ci yerdəyik

Qlobal Enerji Arxitekturarsı Göstəriciləri İndeksinə görə Azərbaycan 105 ölkə arasında 42-ci sırada qərarlaşır. İndeksi Dünya İqtisadi Forumu hazırlayıb. Bu indeks iqtisadi inkişaf, ətraf mühitin qorunması və enerji təhlükəsizliyi sahəsində ölkələrin durumunu qiymətləndirir.
Sənədə görə, bu üç sahəni birlikdə balanslı şəkildə inkişaf etdirib ən yüksək bal alan ölkə yoxdur. Amma vəziyyəti öyrənilən 105 dövlət arasında ən yaxşı yerdə Norveç, İsveç və Fransa dayanır. Neft ixrac edən ölkələrin birliyi olan OPEC-ə daxil olan dövlətlər, eləcə də, ABŞ (55-ci) heç ilk 50-ci sıraya da düşə bilməyib.
42-ci sırada olan Azərbaycanın sərhəd qonşularından Ermənistan 60-cı, Gürcüstan 57-ci, Qazaxıstan 51-ci, Rusiya 27-ci, Türkiyə isə 44-cü yeri tutub. İndeksdə sonuncu 3 yerdə Livan, Tanzaniya və Efiopiya gəlir.
Azərbaycanın belə yüksək göstəriciləri başqa beynəlxalq təşkilatların iqtisadiyyatla bağlı hesabatları ilə o qədər də uyğunlaşmır. Məsələn, Dünya Bankının «Doing Business 2012» adlı hesabatında qeyd edilir ki, Azərbaycan keçən ilə baxanda 3 pillə irəliləsə də, bu ölkədə bəzi sahələrdə dünyada ən geridə olanların sırasındadır. Misal üçün, Azərbaycan sərhəddən mal keçirməyin çətinliyinə görə, dünyada 183 ölkə arasında 170-ci, tikintiyə icazənin çətinliyinə görə, 172-ci, işıq çəkdirməyin çətinliyinə görə isə 173-cü yerdədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 215