Muəllif:

Qəbələ RLS-də təhvil-təslimə hazırlaşırlar

“Yaxın günlərdə Qəbələ RLS-in təhvil-təslimi və inventarın daşınması ilə bağlı xüsusi komissiya yaradılacaq”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir Rusiyanın Qəbələ RLS-in istismarını dayandırmaq qərarı barədə Azərbaycan XİN-in açıqlama verdiyini xatırladıb: “Yaxın günlərdə xüsusi qrup yaradılacaq və bu qrup Qəbələ RLS-in inventarının necə çıxarılacağı məsələsini həll edəcək”.

Stansiyanın icarə müddətinin uzadılması barədə yenidən danışıqlar aparılmasının mümkünlüyü barədə sualı cavablandıran E. Məmmədyarov qeyd edib ki, bu məsələ hələlik gündəmə gəlməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140