Muəllif:

Qaz təsərrüfatına kim nəzarət etsin?

İstehlakçıların qazdan təhlükəsiz istifadəsinə nəzarət məsələləri ilə məşğul olan yeni struktur yaradıla bilər. Bu barədə cümə günü «Trend»ə Dövlət Neft Şirkətindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, hazırda qaz infrastruktruna və istehlakçılardakı qurğulara nəzarəti «Azəriqaz» həyata keçirir, lakin İB-nin üzərinə böyük həcmdə iş düşdüyünə görə, istehlakçılara nəzarətin həyata keçirilməsi böyük yükə çevrilib. Yeni yaranan struktur, öz növbəsində, istehlakçıların qaz infrastrukturunun nəzarəti və yoxlanması, qaz qurğularının təhlükəsizliyi və yerləşdirilməsi, qaz yanğını nəticəsində məhsulların çıxarılmasının təmini sisteminin nəzarəti ilə məşğul olacaq.
«Bu, hazırda vacib və aktual məsələdir. İB üçün istehlakçıların təhlükəsizliyi, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması olduqca əhəmiyyətlidir. Məhz buna görə də ayrıca strukturun yaradılması məsələsi gündəlikdədir», — mənbə qeyd edib. Onun sözlərinə görə, yeni struktur yaranacağı təqdirdə, İB-nin məsuliyyəti istehlakçının qazı sayğac vasitəsilə qəbulundan sonra başa çatacaq. Sonrakı proseslərə görə məsuliyyət yeni qurumun üzərinə düşəcək. Mənbə deyib ki, belə praktika Türkiyə və Almaniyada var.
Hazırda xüsusi xidmətin yaradılması imkanı ARDNŞ, Sənaye və Energetika Nazirliyi və digər müvafiq strukturlar arasında müzakirə olunur. Yeni strukturun Sənaye və Energetika Nazirliyinin sərəncamında olacağı istisna edilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187