Muəllif:

Qaradağda 5 nəfər soyuqdan ölüb

u ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalında baş vermiş zəlzələnin acı və ağır sonucları qışda özünü daha aşkar şəkildə göstərməkdədir. Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, təbii fəlakət bölgəsinin sakinləri hələ də çadırlarda yaşayır, soyuq şəraitə dözməkdə çətinlik çəkirlər. Mənbənin məlumatına əsasən, son günlər havaların daha şaxtalı keçməsi Heris və Vərziqanda zəlzələdən zərər çəkmiş 5 nəfərin ölümünə səbəb olub.
Zəlzələ bölgəsindəki insanlar soyuqdan donduqları bir halda yerli qurumlar bu bölgənin məktəblərində yandırılan qazın pulunu şagirdlərdən tələb edirlər. Konkret olaraq Məlikan rayonunda direktorlar şagirdlərdən məktəbdə yandırılan təbii qazın pulunu ödəmələrini istəyib. Hətta direktorlar pulu ödəməyən şagirdləri məktəbdən qovmaqla hədələyiblər.
Valideynlərdən biri yerli təhsil şöbəsinə zəng edərək, vəziyyəti onlara danışıb. Oradan isə bildiriblər ki, «mavi yanacaqdan» istifadə ilə bağlı «büdcədə vəsait nəzərdə tutulmayıb».
Çox qəribə vəziyyət yaranıb, ona görə ki, İranda təhsil pulsuzdur və bu ölkə dünyada təbii qaz ehtiyatına görə ilk yerlərdən birini tutur.
Məsələnin mahiyyətinə gəldikdə, yerli müşahidəçilərin fikrincə, atom-nüvə proqramı ucbatından tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatını çoxlu sayda problemlərlə üzləşdirib. Nə isə, görünür, ölkə rəhbərliyi İranın dağılmaqda olan iqtisadiyyatını şagirdlərdən yığılan qazpulu hesabına bərpa etməyə çalışır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 246