Muəllif:

Püşkatma Avropa nəhənglərini üz-üzə qoydu

Dekabrın 20-də Avropanın ən nüfuzlu klub turniri — Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbiri UEFA baş katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Stiv Makmanaman ilə Patrik Klyuvert aparıb. Qaydalara əsasən, bu mərhələdə qrup qalibləri ikinci pillənin sahibləri ilə üz-üzə gələcəklər. Bu mərhələdə bir qrupda yer almış və eyni ölkənin təmsilçilərinin qarşılaşması isə mümkünsüz idi.
Püşkatma 1/8 final cütlüklərini belə sıralandırdı:
«Qalatasaray» (Türkiyə) — «Şalke» (Almaniya)
«Seltik» (Şotlandiya) — «Yuventus» (İtaliya)
«Arsenal» (İngiltərə) — «Bavariya» (Almaniya)
«Şaxtyor» (Ukrayna) — «Borussiya» D (Almaniya)
«Milan» (İtaliya) — «Barselona» (İspaniya)
«Real» (İspaniya) — «Mançester Yunayted» (İngiltərə)
«Valensiya» (İspaniya) — «PSJ» (Fransa)
«Portu» (Portuqaliya) — «Malaqa» (İspaniya).
Qeyd edək ki, ölkəmizdə də çıxışı maraqla izlənilən «Qalatasaray»ın hansı komanda ilə qarşılaşacağı maraqla gözlənirdi. İnsafən, digər rəqiblərə baxanda, İstanbul nəhənginin bəxtinin gətirdiyini söyləmək olar. Çünki «Cim-Bom» «Şalke»ni keçmək iqtidarındadır.
Nəticəsi maraqla gözlənilən digər cütlüklər isə «Arsenal» — «Bavariya», «Milan» — «Barselona» və təbii ki, «Real» — «Mançester Yunayted»dir. «Milan» və «Barselona»nın ötən mövsüm Çempionlar Liqasının qrup və 1/4 final mərhələsində qarşılaşdığını nəzərə alsaq, bu dəfə italyanların Kataloniya təmsilçisindən qisas almaq şansı var.
Təbii ki, «Milan»ın hazırkı heyətinin ötən ilə nisbətən zəif olduğunu, aparıcı ulduzların komandadan getdiyini nəzərə alanda, «Real» — «Mançester Yunayted» cütlüyünü ən maraqlısı hesab etmək olar. Çünki hər iki komanda bu mövsüm turnirin qalibi olmağa əsas namizədlərdəndir. Bəlkə də yeganə cütlükdür ki, burda konkret namizədin adını çəkmək mümkün deyil.
Püşkatmadan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinin təqvimi də müəyyənləşib. Bu mərhələnin oyunları 4 həftə ərzində keçiriləcək. «Qalatasaray» «Şalke» ilə ev oyununa fevralın 20-də çıxacaq. Bu komandalar arasında cavab matçı martın 12-də baş tutacaq. Bu mərhələnin ən maraqlı cütlüyü — «Real» — «Mançester Yunayted» qarşılaşması fevralın 13-də keçiriləcək. Cavab oyunu isə martın 5-nə təsadüf edəcək.
1/8 final
12 fevral və 6 mart
«Valensiya» (İspaniya) — «PSJ» (Fransa)
«Seltik» (Şotlandiya) — «Yuventus» (İtaliya)
13 fevral və 5 mart
«Şaxtyor» (Ukrayna) — «Borussiya» D (Almaniya)
«Real» (İspaniya) — «Mançester Yunayted» (İngiltərə)
19 fevral və 13 mart
«Arsenal» (İngiltərə) — «Bavariya» (Almaniya)
«Portu» (Portuqaliya) — «Malaqa» (İspaniya)
20 fevral və 12 mart
«Qalatasaray» (Türkiyə) — «Şalke 04» (Almaniya)
«Milan» (İtaliya) — «Barselona» (İspaniya).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194