Muəllif:

Ordudakı əskər ölümləri komandanlığın diqqətindəymiş

APA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi son günlər bir əsgərin xəstəlikdən ölməsi və digər əsgərin isə intihar etməsi faktı ilə bağlı ciddi araşdırmaların aparılmasına dair xüsusi göstəriş verib: “Bilirsiniz ki, bir neçə gün əvvəl bir əsgərimiz xəstəlikdən dünyasını dəyişib, daha bir əsgərimiz isə intihar edib. Əsgərin intihar etməsi faktı ilə bağlı ciddi iş aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı xüsusi tapşırıq verib. Respublika Hərbi Prokurorluğu tərəfindən artıq cinayət işi başlanıb. Yəqin ki yaxın günlərdə intiharın səbəbi məlum olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunda iki ölüm hadisəsi qeydə alınıb. Bir ay əvvəl hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev xəstəlikdən dünyasını dəyişib. Ordumuzun digər əsgəri Zeynalov Zeynal Qalib oğlu isə tabeliyində olan avtomat silahdan atəş açaraq özünü öldürüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205