Muəllif:

Nərgiz Paşayeva Qızıl Ordenə layiq görülüb

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry — EEIG) «Xidmətlərə görə» Qızıl Ordeninə layiq görülüb. Bu qurumun Brüsseldə yerləşən Senatı dekabrın 13-də Nərgiz Paşayevanı göstərdiyi xidmətlərə görə Palatanın Qızıl Ordeni ilə təltif etmək barədə qərar qəbul edib. Palatanın «Xidmətlərə görə» Qızıl Ordeni mühüm xidmətləri ilə seçilən ziyalı insanlara təqdim olunur.
Nərgiz Paşayeva (1962) Bakıda doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1983). 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiya, 4 kitab, elmi və dövri mətbuatda çapdan çıxan xeyli sayda məqalə müəllifidir. Özəl ÜNS yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondu İH üzvü, «Azərbaycan-İrs» jurnalında ədəbi şöbənin redaktoru və İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 397