Muəllif:

Mziya Qambaşidzeyə təşəkkürlər!

«Ölkəmiz, müasir musiqimiz daha bir yeniliyə imza atdı, Ömər və Suada dueti ilə Eurovision uşaq mahnı yarışmasına qatıldı. Ölkəmizin müxtəlif duetlərlə uğurlarını hamımız gözəl bilirik və bu məntiqlə Ömər və Suadanın duetinə də çox gözəl baxıram». Bunu qəzetimizə açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib.
«Kiçik yaşlarını, böyük səhnədə ilk dəfə olmalarını, minlərcə auditoriyanın qarşısında çıxışlarını nəzərə alıb demək istərdim ki, onlar bizim kiçik qəhrəmanlarımızdır. Bir sənət adamı kimi onları dəstəkləyirəm. Unutmayaq ki, Eurovision yarışmaları yalnız performansla nəticələnmir, onun siyasi tərəfi də öz təsirini mütləq göstərir», — deyə vurğulayır.
Patrisiya Kaasın, Alla Puqaçovanın, Bakıda Eurovision 2012-yə gələn Anqunun və s. heç bir səs toplamayan çıxışlarını xatırladaraq deyir:
«Əslində, sadaladığım sənətçilər gözəl çıxışlar etmişdilər, sadəcə, elə həmin siyasi tərəf, ölkələrin həmin anda bir-birinə münasibəti yarışmanın gedişatını dəyişdi. 2012-ci ildə də ölkəmizin Avropanın populyar müsabiqəsinə ev sahibliyi etməsi, əlbəttə, bütünlüklə hər kəsin ürəyincə deyildi, kimlərisə bu hadisə mütləq qıcıqlandırdı. Düşünürəm ki, Ömər və Suadanın iştirakının nəticəsinə bu məqam da təsir edib, səs verən ölkələr eyni ildə təkrarən bizim çox səs toplamağımıza birmənalı baxmayıblar. Amma müsabiqənin gedişatı zamanı məhz favorit mahnılardan, qruplardan biri bizlər idik. Uşaqlarla çalışan bütün komandaya təşəkkür edirəm, sevimli vokal pedaqoqumuz Mziya Qambaşidzeyə zəhmətlərinə görə ayrıca təşəkkür edirəm. Bir daha istedadlı Öməri və Suadanın çıxışlarını yüksək qiymətləndirirəm. Ümumilikdə, uşaqlarımızın müasir səhnə performanslarının inkişafı üçün professionallar bir araya gəlməlidirlər», — Ağayeva bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162