Muəllif:

Müxalifətlə görüş

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyində ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia və ABŞ Dövlət Departamentinin təmsilçisi Uendi Silverman ilə Azərbaycanın bir sıra müxalifət partiyalarının sədrləri arasında görüş keçirilib.

Trend-in Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan müxalifətini VİP sədri Əli Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Müsavat Pariyasının başqanı İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və İctimai Palatanın nümayəndəsi Mehriban Vəzir təmsil edib.

Müxalifət liderlərinin Melia ilə görüşündə ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumu və perspektivi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və demokratiya ilə bağlı məsələlər müzakirə olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131