Muəllif:

Moskvadakı məktəbimizin 15 yaşı var

Rusiya paytaxtında general Kərim Kərimov adına 157 saylı Azərbaycan etnomədəni mənşəli ümumtəsil məktəbinin 15 yaşı tamam olub və bu münasibətlə tədbir keçirilib (APA). Məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aidə Quliyeva məktəbin açılma tarixindən, qarşıya qoyduğu məqsədlərdən danışıb. Quliyeva xatırladıb ki, 157 saylı məktəbin 15 illiyi və Kərim Kərimovun 95 illiyi üst-üstə düşür:

«Məqsədimiz Moskvada yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz xalqlarının adət-ənənələrini öyrənmək imkanı verməkdir. Bizim məktəbin özəlliyi ondan ibarətdir ki, o təkmillətli yox, çoxmillətlidir, burada təhsil alan müxtəlif xalqlardan olan uşaqlar isə əlavə olaraq Azərbaycan mədəniyyətini və dilini öyrənirlər. Bizim məktəbdə 31 millətə mənsub uşaqlar təhsil alır».

Aida Quliyeva Azərbaycan Təhsil Nazirliyinə məktəbə pulsuz vəsaitlər göndərdiyinə görə təşəkkürünü bildirib. Rusiya səfirimiz Polad Bülbüloğlu çıxışında məktəbin fəaliyyətini yüksək qiymətləndirib. Səfir məktəbə Kərim Kərimovun adının verilməsinin direktor Aida Quliyevanın təşəbbüsü olduğunu xatırladıb və vəd edib ki, «biz öz məktəbimizi qoruyacağıq və onun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik».

Əlavə edək ki, bakılı Kərim-Kərimov (1917) sovet kosmonavtikasının inkişafında müstəsna xildmətləri olan azərbaycanlıdır. 1966-cı ildən 1991-ci ildə istefaya çıxana qədər Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri idi. General-mayor rütbəsi vardı və Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. 2003-cü ildə Moskvada vəfat etdi və orada dəfn edildi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 449