MN: Serj Sərkisyandan növbəti erməni riyakarlığı
Ermənistanın prezidenti Serj Sərkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında çıxışına Azərbaycan Müdafiə Nazirliyi sərt təpki göstərib. MN xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu bunu ”erməni riyakarlığı” adlandırıb.
Bilindiyi kimi, Sərkisyanın KTMT-də çıxışındai “Erməni öldürmək Azərbaycanda cinayət hesab olunmur” kimi ifadə işlədib.” İnsani dəyərlərdən, düşüncələrdən görün kim danışır? Dünya ədalətli olsaydı, bu gün Serj Sərkisyanın yeri prezident kürsüsü deyil, başqa yer idi” – deyə MN mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu bildirib .
Yüzlərlə günahsız insanın qanının Sərkisyanın üzərində olduğunu xatırladan E. Sabiroğlu bildirib Ki, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımların başında duran da məhz Ermənistanın indiki prezidentidir:
“Vaxtı ilə Xocalıda törətdiyi vəhşiliyə görə müsahibə verərək bundan utanmadan qürur duyduğunu bildirib. Mən İrəvanda böyümüşəm. Ora azərbaycanlıların qədim şəhəri idi. Ermənilər həmin şəhərə 19-cu əsrdə köçüblər. 1918-ci il Batum müqaviləsinə görə, ermənilərin havadarları azərbaycanlı şəhərini Ermənistan paytaxtı elan etməyə nail oldular. Lakin bununla onlar tarixi dəyişə bilməzlər. Orada bizə türk deyirdilər. Ermənilər körpələrinə ilk çağlardan öyrədirdilər ki, sənin düşmənin türkdür. Yəni azərbaycanlılardır. Onlar övladlarını bu tərbiyə ilə böyüdürdülər. Ona görə də bu millətdə bəşəri hisslərdən əlamət yoxdur. Onlar yalnız özlərini bəyənirlər. Nə qədər sərt desəm də, bu həqiqətdir. Özü bir nümunə gətirə bilərmi ki, azərbaycanlıların qanını tökən hansısa erməniyə cinayət işi açılıb, yaxud cəza verilib. Əksinə, qəhrəman kimi onların heykəlini ucaldıblar”.
Sərkisyan Ermənistan şəhərlərində qaniçən Andranik, Dro və Njdeyə ucaldılmış abidələrə və erməni cəmiyyətində onların yalnız və yalnız caysız türk qanı axıtdıqlarına, Anadoluda və Azərbaycanda məsum türk insanını kütləvi şəkildə məhv etdiklərinə görə on illərdən bəridir milli qəhrəman sayıldıqlarını xatırlasa pis olmazdı…