Muəllif:

Messi rekordu rekord dalınca qırır

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, argentinalı 1 ildə ən çox qol vuran futbolçu adına yiyələnib.

İspaniya çempionatının “Betis”lə oyunundakı ilk qol Messinin 2012-ci ildə 85-ci qolu olub. Bununla da o, əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb. Qarşılaşmada daha bir dəfə fərqlənən cənubi amerikalı qolların sayını 86-ya çatmaqla yeni dünya rekordçusu olub.

Qeyd edək ki, “Barselona”nın ilin sonuna kimi daha 4 oyunu qaldığından Lionel bu rekordu yeniləmək imkanına malikdir. Bu barədə APA xəbər verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183