Muəllif:

Mərkəzi Bank uçot dərəcələrini endirdi

Bəlli olduğu kimi, Mərkəzi Bank (MB) dekabrın 10-dan etibarən ölkədə fəaliyyət göstərən banklar üçün uçot dərəcələrinin 5,25 faizdən 5 faizə endirilməsi barədə qərar qəbul edib. MB bu addımı ölkədə iqtisadi artımı sürətləndirməyə hesablanmış kompleks tədbirlər planının tərkib hissəsi hesab edir və bununla ölkə iqtisadiyyatının və ixracın şaxələnməsinin daha da genişlənəcəyinə əminliyini ifadə etmiş olur. Qeyd olunduğuna görə, ölkəmizdə iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənib, qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10,4 faizdən çox artaraq iqtisadi artımın başlıca amilinə çevrilib.
Ekspert Aydın Hüseynov düşünür ki, Mərkəzi Bankın bu qərarı Azərbaycanın maliyyə-bank, valyuta və ümumilikdə makroiqtisadiyyatının çox güclü və möhkəm olmasına dəlalət edir:
«Bank sektorunda risklər və qeyri-müəyyənliklər olduqda faiz dərəcələrini endirmək, hər hansı bir ölkənin mərkəzi bankı üçün problem yaradır. Azərbaycanın bank sektorunun dözümlü və likvid olması Mərkəzi Bankın bu siyasəti yürütməsinə əsas verir. Gerçəklik bundan ibarətdir ki, Azərbaycan bankları xarici təsirlərə qarşı dözümlülük nümayiş etdirib və likvidliyini qoruyub saxlaya bilib. Son 3 ildə banklar öz daxili və xarici maliyyələşmə mənbələrini bərpa etməklə yanaşı, ötən il 1,2 milyard dollar həcmində xarici borcu geri ödəyə bilib, aktivlərinin həcmini 10 faizdən çox artırmağa nail olub. Hazırda ölkəmizdə manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb, inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi tərəfdaş ölkələrdən xeyli aşağıdır. Bank sistemində maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin artırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, risk potensialının artırılması, iqtisadiyyatın maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsində bankların fəallığının artması MB-nın faiz dərəcələrinin aşağı salınması barədə qərarına ciddi asas verir».
Hüseynov uçot dərəcələrinin endirilməsinin ölkəmizdə iqtisadi artıma və məşğulluğa müsbət təsir göstərəcəyinin, maliyyə-bank sektorunda daha fəal və pozitiv mühitin təmin olunmasına töhfə verəcəyini deyir:
«Uçot dərəcələrinin endirilməsi, maliyyə və bank bazarının canlandırılması məqsədilə pul siyasətinin yumşaldılması, çox mühüm iqtisadi indikatorlara təsir edir. Milli Bankın faiz dəhlizi ilə bağlı strateji kursunun davam etdirilməsinin ölkənin bank sistemində rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması üçün məzənnə siyasətinin çevikliyini daha da artırmaq məqsədinə xidmət edir. Faiz dərəcələrinin yenidən aşağı salınması bank sistemində maliyyə sabitliyinin daha da güclənməsinə və kredit bazarının fəallaşmasına təkan verəcək. Bankların sağlamlaşdırılması üçün dövlətin bu qabaqlayıcı tədbirlərinin digər əhəmiyyəti pul bazarında əlavə mənbələrə çıxış üçün stimul yaradır. Mərkəzi Bankın bu qərarından sonra bankların kredit fəaliyyəti ilə aktiv məşğul olması üçün əlverişli imkanın yaradılması ilə bərabər, onların mərkəzləşdirilmiş kredit bazasına çıxışı da mühüm əhəmiyyət kəsb edir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188