Muəllif:

Məhbusların 1/4-i narkotik üstündə yatır

Ölkə həbsxanalarında məhbusların dörddə biri narkotik üstündə yatır. Bu düşündürücü statistikanı mətbuata Penitensiar Xidmətin rəisi Mədəd Quliyev açıqlayıb. Xəbər xronikalarının gündəlik bülletenlərinin, DİN saytının izlənilməsi isə göstərir ki, hər gün yeniləri polis tərəfindən tutularaq onların cərgələrinə qatılırlar. Bu tendensiyanın nəticəsidir ki, artıq cəzaçəkmə yerlərində sıxlıq yaşanır. Odur ki, Bakıda və Naxçıvanda iki yeni cəzacəkmə müəssisəsi istifadəyə verilib. Şəkidə inşa olunan cəzaçəkmə müəssisəsinin tikinti işləri isə artıq başa çatıb və hazırda orada heyətin formalaşdırılması prosesi gedir. Hazırda daha 6 cəzaçəkmə müəssisəsi tikilir. Mədət Quliyevin sözlərinə görə, «hər il yeni cəzaçəkmə müəssisələri tikilərək istifadəyə verilir».
Təbii ki, Penitensiar Xidmət öz vəzifəsini qüsursuz yerinə yetirmək istərdi. Bu gün onların fikri-zikri yeni tikilən cəzaçəkmə müəssisələrində şəraiti Avropa standartlarına uyğunlaşdırmaqdır. Penitensiar Xidmətin bu çalışmaları Avropada da təqdir olunur. Lakin bizi düşündürən narkomaniyanın miqyasının get-gedə böyüməsi və cəmiyyət arasında yaşam normasına çevrilmək tendensiyasıdır. İş o yerə çatıb ki, narkotik üstündə həbsdə yatanların doğmaları və qohumları onlara narkotik adlatmaq cəhdlərinə baş vururlar. Ən təəccüblüsü bu kimi ifşalardır.
Mədət Quliyev cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsi barədə danışarkən bu problemin bütün ölkələrin həbsxanalarında mövcud olduğunu xatırladır. Mədət Quliyev bunu belə izah edir ki, narkotik üstündə cəza müddətini çəkənlərin çoxu narkotik istifadəçiləridir, qohumları və doğmaları onları bu asılılıqdan xilas etmək üçün çalışmaqdansa, onlara ən müxtəlif fəndlərə baş vuraraq narkotik çatdırmağı, başqa sözlə, əzablarının ömrünü uzatmağı lazım bilirlər…
Ölkədə narko-situsiyanı əks etdirən xəbərlərin birində deyilir ki, Yasamal polisi Nizami metro-stansiyasının qarşısında Gürcüstan vətəndaşı, 19 yaşlı Nurəddin Qurbanovu saxlamış və üzərindən 7 qrama yaxın marixuana aşkarlanmışdır. Gəncə sakini Elşən Məmmədovdan isə 2,2 kiloqram marixuana götürülüb. Onu Şəmkir polisi nəzarətə götürüb və «narkotik yükü» ələ keçib.
Yevlax rayon sakini Rəşad Həsənov isə Zərdab polisindən yayına bilməyib. Bu şəxs 1 kiloqram 315 qram marixuananı satarkən tutulub. Faktla bağlı araşdırma aparılır və yəqin ki, həbsxanada yatan «həmkarlarının» yanına gedəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195