Krım tatarlarını faşistlərlə əməkdaşlıqda günahlandırırlar
Ukrayna hüquq-mühafizə orqanları krım-tatar kollaborasionistlərinin II Dünya savaşı zamanı törətdikləri cinayətlərin məhkəməöncəsi araşdırmasına başlamışlar. Bu barədə «Krım rus cəmiyyətinin» rəhbəri Anatoli Los bildlirmişdir.
O bunu Ukrayna təhlükəsizlik Xidməti Krım idarəsindən aldığı bildirişə əsaslanaraq açıqlamışdır. Sənədə əsasən, təhqiqat milis tərəfindən deyil, Təhlükəsizlik xidməti tərəfindən aparılacaq.
Xəbərdə o da bildirilir ki, Los hüquq-mühafizə orqanlarına Krım tatarlarının hərbi cinayətlərinin təhqiqiylə bağlı hələ noyabr ayında müraciət edibmiş.
Ondan əvvəl — iyunda isə eyniməzmunlu tələblə Ukrayna Təhlükəsizlik Xidmətinə Simferopol milis şöbəsinə müraciət etmiş digər yerli sakin Gennadi Spivakın ərizəsi ötürülmüşdür. Spivaka avqustun sonunda bu işlə bağlı cinayət işinin açılmayacağı barədə yazılı cavab verilmış və imtinanın səbəbi kimi ərizədə konkret faktlara deyil, ümumi tarixi fakt və sənədlərə istinad edildiyi göstərilmişdir.
Qeyd etmək lazımdır ki, müharibə zamanı Krımda faşistlərin bir-neçə ölüm həbs düşərgəsi olmuşdur. Onlardan biri — Simferopol ətrafında olan «Krasnı» sovxozundakında müxtəlif mənbələrə görə 8 mindən 15 minədək insan məhv edilmişdir. Həmin düşərgədəki əsirlərin keşiyini isə «Schuma» yardımçı polisinin tərkibindəki krim-tatar könüllü batalyonu cəkirmiş. Deyilənlərə görə, onlar edamlarda da iştirak edirlərmiş.
1944-cü ilin mayında SSRİ Dövlət Müdafiə Komitəsinin qərarıyla 180 mindən artıq krım tatarı doğma yurd-yuvasından sürülmüşdür. Onların sürgün edilməsini sovet hakimiyyəti guya ki, «bir çox krım tatarının vətənə etdiyi xəyanət, Qızıl ordudan fərarilik və düşmən tərəfə keçməsiylə» əsaslandırmışdı.
Bu xəbəri Lenta ru saytı verir.