Muəllif:

Kim? Harada? Necə?

Yeni ilə sayılı günlər qalır. Şou mühitinin isimləri bayramı keçirəcəkləri məkanı artıq müəyyən ediblər. Bəziləri şou-proqrama qatılıb istirahətini növbəti günlərə keçirib. Bəziləri isə istirahəti üstün tutub, həftəsonu Bakını tərk edəcək. Kiçik sorğuda bu məqamlar bəlli oldu.
Məsələn, Nazpəri Dostəliyeva Yeni ili Londonda qarşılayacaq. Ailəliklə yanvarın ilk həftəsini Londanda keçirəcək. Məqsəd — həm dincəlmək, həm də bayramın dadını çıxarmaq. Özü də belə deyir.
Tünzalə Ağayeva isə Yeni ili Bakıda keçirəcək — ailəsinin əhatəsində. İlhamə Qasımova, deyəsən, soyuqdan bezib, isti ölkədə qızınmaq fikrinə düşüb. Buna görə də Hindistana yollanacaq.
Ayaz Qasımov Yeni ili burada qarşılayacaq — ailəsi ilə birgə. Dincəlməyə vaxtı qalmayacağını deyən Ayaz şou-proqramlara qatılacaq.
Bəhram Bağırzadə Yeni ili evində — ailəsi ilə birgə qarşılayacaq. İstirahət günlərini də paytaxtda keçirəcək. Rəqqasə Oksana Yeni ildə Gürcüstana gedəcək.
Əməkdar artist Almaz Ələsgərli Yeni ili İsveçdə təhsil alan qızı Mədinənin yanında qeyd edəcək: «Həm ziyarət, həm ticarət» prinsipi ilə İsveçə yollanacaq, «bir həftə yorğunluğunu canından çıxaracaq». Sevinc və Fuad Əlişovlar həmişə olduğu kimi, bu dəfə də Yeni ili yaxınlarının əhatəsində keçirəcəklər: «Uşaqlarımız balacadır, ona görə hamını evimizə yığacağıq».
Kənan MM ilə Aygün Şükürova da Yeni il şənliyini evdə keçirəcəklər. Kənanın çəkilişləri var, bu səbəbdən istirahət üçün vaxtları yoxdur. Heç yerə getməyəcəklər.
Xuraman Şuşalı və Elçin də uşağa görə ölkədən çıxa bilməyəcəklər. Bu səbəbdən onlar da Yeni ili evdə, ailəvi qarşılayacaqlar. Roza Zərgərli də Yeni ili ailəsi ilə keçirəcək. «İş qrafiki o qədər sıxdır ki, heç yerə getmək imkanı yoxdur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223